Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yeni modul tipli məktəb binası tikilir

25 may 2021 | 16:00

İmişli rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin təmir olunması daima diqqət mərkəzində saxlanılır. Belə ki, rayonun S.Məmmədov adına Axıcanlı kənd tam orta məktəbi üçün 132 şagird yerlik yeni modul tipli məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası ümumi sahəsi 406 kv.metr ərazini əhatə etməklə 14 otaqdan ibarət olacaq. Binanın növbəti dərs ili başlayana qədər istifadəyə verilməsi nəzərdə tutulub və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.

Kənd əhalisi kənddə yeni məktəb binasının tikintisini razılıq hissi ilə qarşılayıblar. Məktəbin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər