Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramı münasibətilə İmişli sakinlərinə təbrik

12 may 2021 | 16:00

Hörmətli həmvətənlər!

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və onun kollektivi adından hər birinizi Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirik. Azərbaycan xalqı həyəcənla gözlədiyi müqəddəs Ramazan bayramını böyük sevinc və fərəh hissi ilə qeyd edir. Builki Ramazan bayramı 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədalətin, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına təsadüf edir. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı ordumuzun şücaətləri, keçirdiyi hərbi əməliyyatları haqq işimizdə qələbəni bizlərə nəsib etdi. Şanlı zəfər yolumuzda şəhidlik məqamına yüksəlmiş qəhrəmanlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik! \
     İnanırıq ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq. 

 Bir daha ən xoş arzularla, Ramazan bayramınız mübarək olsun!

Keçidlər