Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid ailələri ilə görüşlər davam etdirilir.

17 mart 2021 | 16:00

İmişli rayonunda şəhid ailələrinin ziyarət edilməsi və onların qayğıları ilə maraqlanılması həmişə diqqət mərkəzində saxlanılır. Belə ki, 17 mart 2021-ci il tarixdə, Novruz bayramı ərəfəsində də Vətən müharibəsində şəhid olanların ailələri evlərində ziyarət edilmiş, onlara bayram sovqatları təqdim olunmuşdur.  Görüşlər zamanı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhidlərin ailə üzvlərini Novruz bayramı münasibətilə təbrik etmiş, eyni zamanda onların problemlərini dinləmiş və həlli istiqamətində lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar vermişdir. Görüşlərdə həmçinin bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.

Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər