Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə aztəminatlı ailələr daima diqqət mərkəzində saxlanılır.

13 mart 2021 | 16:00

İmişli şəhərində, rayonun Bəhrəmtəpə qəsəbəsində, Xəlfəli, Kürdmahmudlu, Hacıalmuradlı, Muradalılı, Nurulu, Qaragüvəndikli, Sarıxanlı, Boşçalılar, Məhəmmədli, Şahverdili və Əliqulular kəndlərində aztəminatlı ailələrə dəstək olmaq məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Sabirabad Regional Mərkəzinin əməkdaşları tərəfindən aksiya həyata keçirilmişdir. İlk öncə sakinlər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazanması münasibəti ilə təbrik edilmişdir.  Aksiya zamanı sakinlər yataq dəstləri və məişət avadanlıqları ilə təmin olunmuşdur. Sakinlər isə öz növbələrində onların qayğılarına qaldıqlarına görə aksiyanın təşkilatçılarına xüsusi təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, İmişli rayonunda imtiyazlı kateqoriyaya aid vətəndaşlara dəstək daima diqqət mərkəzindədir.

Keçidlər