Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid ailələri ilə görüşlər davam etdirilir.

05 mart 2021 | 16:00

İmişli Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Sabirabad Regional Mərkəzinin əməkdaşları tərəfindən ll Vətən Müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olmuş Şıxıyev Şahəli Əflatun oğlunun ailəsi ilə görüş keçirilib.  Görüş zamanı bildirilmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Şəhid Ş.Şıxıyevin atası övladının keçdiyi döyüş yolundan söz açaraq xatirələrini bölüşmüş və Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər zaman qəlbində yaşayacağını bildirmişdir. Görüş zamanı həmçinin ailənin problemləri və onları narahat edən məsələlər dinlənilmişdir.
      Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad edilir və şəhidimizə Allah rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Keçidlər