Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 16446 hektar sahəyə payızlıq taxıl əkilib!

09 yanvar 2021 | 16:00

İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını artırır. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır.

Ötən il rayon ərazisindəki 17151,8 hektar taxıl sahəsindən 67109,2 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 39,1 sentner olub. Əkinçilər qısa müddətdə 16446 hektar sahəyə toxum səpərək, payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin aparılmış sahənin 7319 hektarı arpa, 9127 hektarını isə buğda sahəsi təşkil edir. Əkinçilər, həmçinin 183 hektar sahədə yaşıl yem üçün xəsil və 1888 hektarda yonca əkiblər.

Keçidlər