Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhərdaxili avtomobil yollarının asfaltlanması davam etdirilir.

19 dekabr 2020 | 16:00

İmişlidə həyata keçirilən şəhərdaxili avtomobil yollarının əsaslı şəkildə təmiri və yenidən qurulması məsələsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, növbəti əsaslı təmir işləri İmişli şəhərinin N.Nərimanov küçəsinin 670 metr hissəsində aparılmışdır. Uzun müddət yolun təmir edilmədən istismar olunması nəticəsində yol boyu çalalar əmələ gəlmişdir ki, bu da öz növbəsində gediş-gəlişdə problemlərə səbəb olurdu. Nəhayət uzunluğu 670 m olan yolda texnoloji ardıcıllıqla bərpa işləri aparılaraq 4020 kv.m asfalt örtüyü salınmışdır.

Qeyd edək ki, rayon sakinlərinin uzun illərdir həllini tapmayan yol problemləri mərhələli şəkildə həll edilir və bu istiqamətdə görülən işlər hazırda İmişli şəhərinin digər küçələrində aparılır.

(N.Nərimanov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

 

Keçidlər