Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin daha bir küçəsinin avtomobil yoluna asfalt örtük qoyulmuşdur!

16 dekabr 2020 | 16:00

Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülür.  Belə ki, növbəti əsaslı təmir işləri İmişli şəhəri R.Cabbarlı küçəsinin avtomobil yollarında aparılmışdır. Bu yol uzun illərdir təmirsiz olduğundan sakinlərin gediş-gəlişi üçün çətinliklər yaradırdı. Nəhayət, çətin günlər geridə qaldı. Uzunluğu 775 metr olan avtomobil yolu qum-çınqıl qarışığı ilə hamarlanaraq  4648 kv. metr asfalt örtük salınmışdır. Artıq həmin yol 300-dən artıq sakinin ümumi istifadəsinə verilmişdir.   

Qeyd edək ki, İmişli rayonu ərazisində görülən bu işlər mərhələli şəkildə davam etdirilir. 

(R.Cabbarlı küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

 

 

 

 

 

 

 

Keçidlər