Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Dövlət Bayrağı Günü qeyd edildi.

09 noyabr 2020 | 16:00

Bu gün keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, idarə, müəssisə və təşkilatların kollektivləri və rayon sakinləri iştirak etmişlər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Sonra giriş sözü ilə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirdi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağımız, eyni zamanda sevincimizin ilk şahidi, qələbə müjdəçisidir. S.Ağayev 29 illik müstəqillik tarixinə malik olan Azərbaycanın zəfərlər və qələbələrlə dolu son 27 ilinin bilavasitə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu, bu müddətdə aylı, ulduzlu, üçrəngli bayrağımızın dünyanı dolaşdığını diqqətə çatdırıb. Müzəffər  Ali Baş Komandanın yenilməz sərkərdəlik bacarığı, qətiyyəti, sarsılmaz siyasi iradəsi əsasında rəşadətli Azərbaycan Ordusu təcavüzkar ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma Qarabağ torpaqlarımızı biri-birinin ardınca yağı düşməndən təmizləməklə şanlı tarix yazır. Noyabrın 8-də dövlətimizin başçısı, cənab İlham Əliyev bu sevincimizə Qarabağın incisi, musiqimizin, ədəbiyyatımızın beşiyi, qədim tarixi şəhərimiz  Şuşanın da işğaldan azad olunması xəbərini əlavə etdi. Bu gün 9 noyabr tarixində, Dövlət Bayrağı Günündə Azərbaycanın üçrəngli  bayrağı  doğma Qarabağımızın işğaldan azad edilmiş Şuşa şəhərində qürurla dalğalanır. Azərbaycan  Ordusu  Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya sübut edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edir. Xalqımız tam əmindir ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun gücü və qüdrəti  sayəsində  işğal altında olan digər torpaqlarımız da azad olunacaq, müqəddəs bayrağımız bütün Azərbayanda  dalğalanacaq. Eşq olsun, Müzəffər Ali Baş Komandana! Eşq olsun, yenilməz Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Sonra çıxış edənlər, YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Rüfət Muradov, YAP İmişli rayon təşkilatının Şura üzvləri, əməkdar müəllim Səxavət Tağıyev, Şahsuvar Əmrahov və digərləri bayram günü və qədim Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı  və tədbir iştirakçılarını təbrik etdilər.

 

Keçidlər