Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yeni məktəb binası istifadəyə verilib.

10 sentyabr 2020 | 16:00

“Bilik günü” ərəfəsində, sentyabrın 10-da İmişli rayonunun Muradxanlı kəndində yeni məktəb binası istifadəyə verilmişdir.
      Bu münasibətlə keçirilən tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov və rayon Təhsil şöbəsinin müdiri Ələmdar Quliyev iştirak ediblər. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni məktəb binasında sinif otaqları ilə yanaşı, kitabxana, laboratoriya, texnologiya və komputer otaqları, yeməkxana, akt və idman zalları fəaliyyət göstərir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Bununla yanaşı yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından söz açaraq məktəbin kollektivinə yeni dərs ilində uğurlar arzulamışdır. Bildirmişdir ki, son illər rayonda təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması və keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Məktəbin direktoru Məhruzə müəllimə isə çıxış edərək pedoqoji kollektiv və valideynlərin adından görülən işlərə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Keçidlər