Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Qayıdış

14 iyun 2020 | 16:00

1993-cü ilin may-iyun aylarında respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bu əsl mənada, milli hərəkata çevrildi və nəticədə, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin başçılıq etdiyi qurtuluş mübarizəsi zəfər çaldı. Bununla Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı. Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı. 1993-cü ilin iyunun 24-dən isə Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Oktyabrın 10-da andiçmə mərasimində Heydər Əliyev xalqa müraciət etdi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”. Bununla da Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu,  milli tərəqqi, ümum-bəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoydu.

                                                                                                                      Nəsibov Binnət Abbas oğlu

Keçidlər