Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, “Qara qartal” ləqəbli çavuş Abbasov Asim Rasim oğlu 1987-ci ilin may ayının 1-də İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. Cəsur kəşfiyyatçımız döyüşlərdə şücaət göstərərək neçə-neçə erməni dığalarını qanına qəltan edib və sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Asim Abbasov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, "İgidliyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Abdullayev Həmdulla Aslan oğlu 1994-cü il mart ayının 19-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Füzuli, Zəngilan, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Həmdulla Abdullayev ölümündən sonra “Vətən uğrunda”,“Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Abışov Tacəddin Elşən oğlu 2001-ci il noyabrın ayının 27-də İmişli şəhərində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb və oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Tacəddin Abışov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Bayramov Elnur Şəmsi oğlu 1992-ci il yanvar ayının 25-də İmişli rayonunun Şahverdili kəndində anadan olub. Vətən müharibəsi zamanı Xocavəndin azad olunmasına görə gedən döyüşlərdə vuruşub. Elnur Bayramov Şuşanın Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur Bayramov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, leytenant Bəşirov Hakim Nizam oğlu 1989-cu il martın ayının 2-də İmişli rayonunun Əlyetməzli kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hakim Bəşirov oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Hakim Bəşirov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Bəylərov Elnur Ehdibar oğlu 1998-ci il may ayının 15-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. Elnur Bəylərov noyabrın 3-də Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Elnur Bəylərov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Cabbarov Şöhrət Əli oğlu 1995-ci il aprel ayının 28-də İmişli rayonunun Ölcələr kəndində anadan olub. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub və Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Şöhrət Cabbarov ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, XTQ giziri Cavadlı Nemət Cavid oğlu 1995-ci il iyun ayının 3-də İmişli rayonunda anadan olub. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Kəlbəcərin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nemət Cavadlı oktyabrın 31-də Şuşa döyüşləri zamanı şəhid olub. Hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Nemət Cavadlı ölümündən sonra "Qarabağ" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Cavadzadə Anar Tahir oğlu 1990-cı il aprel ayının 29-da İmişli rayonunda anadan olub. Topçu kimi hərbi əməliyyatlarda vuruşub və Hadrutun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər gedişatında oktyabr 17-də şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Anar Cavadzadə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Cəfərli Elşən Rafail oğlu 2000-ci il sentyabr ayının 2-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 28 sentyabr tarixində Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Elşən Cəfərli ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.   

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Cəfər Osman Elsevər oğlu 1998-ci il iyun ayının 17-də İmişli rayonunda anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Osman Cəfər noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Osman Cəfər ölümündən sonra “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə", “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Əhmədzadə Elməddin Uğur oğlu 1994-ci il oktyabrın ayının 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Əslən Füzuli rayonunun Qacar kəndindəndir. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elməddin Əhmədzadə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Əsədli Cahid Zahid oğlu 2002-ci il yanvar ayının 18-də İmişli rayonunun Sarıxanlı kəndində dünyaya gəlib. Oktyabrın 21-də Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Cahid Əsədli ölümündən sonra “Vətən uğrunda” ,"Laçının azad olunmasına görə" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Əzizli Sabir Hikmət oğlu 1998-ci il noyabr ayının 14-də İmişli şəhərində anadan olub. Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüşlərə yenidən davam etmiş və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Sabir Əzizli "Cəsur döyüşçü", “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Gülalıyev Əlnur Seymur oğlu 1997-ci il dekabr ayının 25-də İmişli rayonunun Xəlfəli kəndində dünyaya göz açıb. Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Əlnur Gülalıyev 3 oktyabr 2020-ci ildə Füzulidə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əlnur Gülalıyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Həsənov Elgün Əli oğlu 1999-cu il avqust ayının 16-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Elgün də Vətən müharibəsi zamanı ilk günlərdən döyüşə qatılanlar sırasında idi. O, bir çox uğurlu tapşırıqların icrasında şücaəti ilə seçilib. Qırmızıbazar ətrafında gedən döyüşlərdə oktyabrın 24-də qəhrəmancasına şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Elgün Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, kapitan Həsənov Əsəd Fərhad oğlu 1988-ci il aprel ayının 16-da İmişli rayonunun Şahverdili kəndində anadan olub. Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə Qərargah rəisi idi və Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində fərqlənib. Əsəd Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əsəd Həsənov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Həsənov Nemət Emin oğlu 1992-ci il noyabr ayının 11-də İmişli rayonunun Qaralar kəndində anadan olub. Vətən müharibəsi zamanı Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nemət Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Hüseynli Şamil Novruz oğlu 1993-cü il yanvar ayının 8-də İmişli rayonunun Cəfərli kəndində dünyaya göz açıb. Vətən müharibəsində könüllü olaraq iştirak edib. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabr 3-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Şamil Hüseynli "Cəsur döyüşçü", “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Hüseynov Eldəniz Tahir oğlu 1996-cı il sentyabr ayının 17-də İmişli rayonunda anadan olub. Vətən müharibəsində sentyabrın 29-dan qismən səfərbərlikdən yararlanaraq, könüllü kimi iştirak etmişdir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Eldəniz Hüseynov 9 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Eldəniz Hüseynov "Cəsur döyüşçü", “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, mayor Hüseynov Nazim Yaqub oğlu 1977-ci il oktyabr ayının 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nazim Hüseynov oktyabrın 8-də Hadrut döyüşləri zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Nazim Hüseynov ölümündən sonra “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, XTQ giziri Hüseynov Nurlan Madər oğlu 1992-ci il iyul ayının 3-də İmişli rayonunun Göbəktala kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağının, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Hüseynov oktyabr ayının 14-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nurlan Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, İsmayılov Elçin Mikayıl oğlu 1991-ci il fevral ayının 7-də İmişli şəhərində anadan olub. Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Laçının, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən MAHHXHQ əsgər Elçin İsmayılov 4 noyabrda Şuşa istiqamətində şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elçin İsmayılov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, İsmayılov Rəcəb Nəcəf oğlu 2000-ci il sentyabr ayının 17-da İmişli rayonunun Əliqulular kəndində anadan olub. Füzulinin, Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rəcəb İsmayılov 30 oktyabrda Laçın rayonunun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rəcəb İsmayılov ölümündən sonra "Cəsur döyüşçü", “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Kamranlı Xalid Kazım oğlu 1999-cu il sentyabr ayının 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Kamranlı oktyabrın 15-də Talış istiqamətində şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Xalid Kamranlı ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Kərimli Ramin Əli oğlu 1999-cu il dekabr ayının 17-də İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 28 sentyabr tarixində Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Ramin Kərimli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Mehdiyev Əhliman Rəhman oğlu 2002-ci il may ayının 17-də İmişli rayonunun Məzrəli kəndində anadan olub. Vətən müharibəsi zamanı Murovdağının alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlkib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Mehtizadə Rüfət İsrayıl oğlu 1996-cı il aprel ayının 1-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub. O, Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rüfət Mehtizadə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Məmmədli Cavidan Valeh oğlu 1997-ci il sentyabr ayının 20-də İmişli şəhərində anadan olub. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 7 oktyabr 2020-ci ildə sonuncu dəfə ailəsi ilə əlaqə saxlayan Cavidan Məmmədli elə həmin gün Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə" və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Məmmədli İsa Sarı oğlu 2002-ci il yanvar ayının 1-də İmişli şəhərində anadan olub. Laçın uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İsa Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, baş çavuş Musayev Alik Rafiq oğlu 1987-ci il avqust ayının 7-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alik Musayev oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Alik Musayev ölümündən sonra “Vətən uğrunda”,“Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Nuriyev Vüqar Hafis oğlu 2000-ci il sentyabr ayının 29-da İmişli rayonunda anadan olub. 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa döyüşləri zamanı vuruşaraq şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Vüqar Nuriyev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Quliyev Elçin Etibar oğlu 2001-ci il avqust ayının 24-də İmişli rayonunun Məzrəli kəndində dünyaya gəlib. Düşmənə ağır zərbələr endirən Elçin Suqovuşan istiqamətində gedən gərgin döyüşlərdə şəhid olub. Göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Quliyev Elgün Fuad oğlu 2000-ci il yanvar ayının 1-də İmişli rayonun Qaragüvəndikli kəndində anadan olub. Elgün Quliyev Qubadlı istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına görə Elgün Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.  

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, XTQ giziri Quliyev Əli Tədbir oğlu 1984-cü il sentyab ayının 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub. Cəbrayıl, Xocavənd, Hadrut uğrunda gedən döyüşlərdə fəallıq göstərərək, torpaqlarımızın işğaldan azad olunmasında birbaşa iştirakçı olur. O, oktyabrın 27-i Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əli Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Qurbanov Mayıl Mayis oğlu 1996-cı il iyun ayının 8-i İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayıl Qurbanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, çavuş Şahbazov Abbas Cavad oğlu 1996-cı il noyabr ayının 13-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Şahbazov oktyabrın 5-də Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Şahmarlı Vüsal Mərdan oğlu 1996-cı il oktyabr ayının 11-də İmişli rayonunun Sarıxanlı kəndində dünyaya göz açıb. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 18 oktyabrda Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Səfərli Amil Nizami oğlu 1994-cü il sentyab ayının 29-da İmişli rayonunun Çahar kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Səfərli noyabrın 5-də Qubadlı döyüşləri zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, baş leytenant Səfərli Cavid Xaliq oğlu 1993-cü il may ayının 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Səfərli Xocavənd döyüşləri zamanı Düdükçü istiqamətində şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Səfərli Əmrah Çingiz oğlu 1998-ci il aprel ayının 2-də İmişli rayonunun Göbəktala kəndində anadan olub. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Əmrah Səfərli 4 noyabrda Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Şirinov Orxan Elxan oğlu 1998-ci il sentyabr ayının 14-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Şirinov Qubadlı döyüşləri zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Şıxıyev Şahəli Əflatun oğlu 1999-cu il may ayının 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahəli Şıxıyev oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.  

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, mayor Süleymanov Emin Bəhmən oğlu 1977-ci il iyul ayının 21-də İmişli rayonunun Xubyarlı kəndində anadan olub. Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Süleymanov Laçın döyüşləri zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, MAHHXHQ əsgər Tağıyev Allahverdi Əkbər oğlu Tağıyev Allahverdi Əkbər oğlu 1992-ci il may ayının 24-də İmişli rayonunda anadan olub. Allahverdi Tağıyev Vətən muharibəsinin 31-ci günündə, oktyabr ayının 27-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Teymurov Şaiq Vidadi oğlu 1992-ci il noyabr ayının 6-da İmişli rayonunun Aranlı kəndində anadan olub. O, sentyabrın 29-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Vəliyev Tural İlham oğlu 2001-ci il may ayının 9-da İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Tural Vəliyev 27 sentyabrda Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə yüksəlib. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. 

 

ll Vətən Müharibəsi döyüşlərində şəhid olan, Xəmmədov Əmral Zaur oğlu 2001-ci il oktyabr ayının 2-də İmişli rayonunun Çaxırlı kəndində dünyaya göz açıb. Murovdağ və Cəbrayıl döyüşlərində vuruşub. Əmral Xəmmədov 15 oktyabrda Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. 

Keçidlər