Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Yalavac kəndində keçirilib

16 may 2023 | 17:49

   Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə təşkil olunan səyyar görüşlərdən biri bu gün rayonun Rəsullu, Məhəmmədli və Yalavac kənd sakinləri ilə keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən bu görüşdə ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətdən, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən, birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Son illər respublikamızın bölgələrində, eləcə də İmişli rayonunda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər onları narahat edən bir sıra məsələləri qeyd ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. Bəzi məsələlərlə bağlı yerindəcə tapşırıq verib.

Keçidlər