Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ildönümləri qeyd olunur

30 sentyabr 2022 | 14:58

  2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan və Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn, İmişli rayonunun Aranlı kəndindən olan Teymurov Şaiq Vidadi oğlunun və rayonun Qulubəyli kəndindən olan Mehdizadə Rüfət İsrayıl oğlunun ildönümü mərasimləri qeyd olunub. Şəhidlərimizin ildönümü mərasimlərində İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr dilənilib. Şəhidlərin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər, prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər