Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Cəfər Osman və Elçin İsmayılovun ildönümləri qeyd olunub

26 noyabr 2022 | 17:57
   44 günlük Vətən müharibəsinin igid qəhrəmanlarının hər biri, şanlı tarix yazan şəhidlərimiz əbədi olaraq qəlblərdə özlərinə yer tutub. Onlar hər an xatırlanır və xatırlanmalıdır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan olan Osman Cəfər Elsəvər oğlunun və İsmayılov Elçin Mikayıl oğlunun əziz xatirələri şəhidlik zirvəsinə ucalmalarının ikinci ildönümlərində anılıb. Şəhidlərimizin ildönümü mərasimlərində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
 Mərasim iştirakçıları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Üçrəngli bayrağımızın respublikamızın bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığı vurğulanılıb. Həmçinin şəhidlərimizin əziz xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunulub, valideyinlərinə səbir dilənilib. Şəhidlərimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Keçidlər