Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Rəcəb İsmayılovun ildönümü qeyd olunub

03 fevral 2023 | 12:27

     Bu gün İmişli rayonunun Əliqulular kəndində 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan İsmayılov Rəcəb Nəcəf oğlunun ikinci ildönümü qeyd edilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilib, valideynlərinə dərin hüznlə başsağlığı verilib. İcra başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşən və döyüş meydanında igidlik göstərən Rəcəb kimi qəhrəman oğullarımızın sayəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. O, həmçinin xalqımızın qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Rəcəbin xatirəsinin daim əziz tutulacağını vurğulayıb.

       Allah rəhmət eləsin!

Keçidlər