Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qazisi Elçin Muradov evində ziyarət edilib

15 noyabr 2022 | 19:19

  Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi İmişli rayonunda da diqqət mərkəzində saxlanılır. Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı rayonun Aranlı kəndindən olan Vətən Müharibəsi qazisi Elçin Muradovun evində olub. İcra başçısı qazinin səhhəti, müalicələrinin gedişi və problemləri ilə maraqlanıb, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi mübarizliyinə görə qazimizə minnətdarlıq hisslərini ifadə edib. Görüş zamanı həmçinin qazinin ailəsinin qayğıları ilə də maraqlanılıb. Qazimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakından fəxrlə söhbət açıb, döyüş xatirələrini bölüşüb. Dövlətimizin şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş qazilərimizə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edən qazimiz və ailə üzvləri, qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu bildiriblər.

Keçidlər