Şriftin ölçüsü :

Saytın rəngi :

Nurulu kəndində səyyar-qəbul görüş keçirilib

23 may 2023 | 18:12
  Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin səyyar qəbulları davam edir. Mayın 23-də keçirilən görüşdə Muradalılı, Otuziki və Nurulu kənd sakinləri ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri də iştirak ediblər.
  Görüşdə çıxış edən icra başçısı son illər respublikamızda, o cümlədən İmişli rayonunda abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Sonra qəbulda sakinlərin təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Keçidlər