Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədli kəndində vətəndaşlarla səyyar görüş keçirilib

24 avqust 2022 | 09:41
  İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin avqust ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Məmmədli və Əlyetməzli kənd sakinləri ilə keçirilib. Səyyar görüşdə icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
  Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra çıxış edən icra başçısı prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən danışıb, işğaldan azad olunmuş torpaqlarımızın abadlaşmasından və rayon ərazisində aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verib. O, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq bildirib ki, belə görüşlər davamlı olacaqdır. Sonra qəbula gələn sakinlər dinlənilib, onların səsləndirdikləri problemlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Sakinlər isə öz növbəsində keçirilən görüşə görə razılıqlarını bildiriblər.
Keçidlər