Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə "Zəfər günü"nə həsr olunmuş növbəti tədbir keçirilib

05 noyabr 2022 | 18:56
  Bu gün İmişli Olimpiya İdman Kompleksində “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş yeniyetmələr və gənclər arasında cüdo üzrə rayon birinciliyi keçirilib. İlk öncə dövlət himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad olunub.
  Tədbirdə çıxış edənlər bildiriblər ki, qəhrəman igidlərimiz döyüş meydanında göstərdikləri igidliklə hərb tarixinə adlarını qəhrəmanlıqları ilə yazdırdılar, gələcək nəsillər üçün nümunə və örnək oldular. Həmçinin bildirilib ki, turnirin keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, qəhrəman şəhidlərimiz və igid əsgərlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir. Sonda yarışlarda fərqlənən idamçılara diplomlar təqdim olunub.
 
 
 
 
 
 
Keçidlər