Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yanvar ayında nəzərdə tutulan növbəti səyyar görüş Məzrəli kəndində keçirilib

30 yanvar 2023 | 18:39
     30 yanvar tarixində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar görüş zamanı rayonun Məzrəli, Xubyarlı və Çaxırlı kənd sakinlərini qəbul edib. Səyyar qəbul Məzrəli kənd tam orta məktəbinin binasında təşkil olunub və burada icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər.
      İcra başçısı İmişli rayonunda hər həftə səyyar qəbulların keçirildiyini və bu görüşlərin artıq ənənə halını aldığını vurğulayıb. Qeyd edib ki, görülmüş işlər nəticəsində sakinləri narahat edən məsələlər, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Səyyar qəbulda sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
    Qeyd edək ki, İmişli rayonunda davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.
Keçidlər