Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

09 oktyabr 2022 | 17:53
  Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmalarının ikinci ildönümləri ilə əlaqədar, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan Hüseynov Nazim Yaqub oğlunun, İmişli şəhərindən olan Abışov Tacəddin Elşən oğlunun və Hüseynov Eldəniz Tahir oğlunun ildönümü mərasimləri qeyd olunub.
  Şəhidlərimizin ildönümü mərasimlərində şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasimlərdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, əziz xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunulub, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanılıb. Şəhidlərin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər, prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər