Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidi Elgün Həsənovun ikinci ildönümü qeyd olunub

24 noyabr 2022 | 17:57
  Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi İmişli rayonunda daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onların qayğıları ilə maraqlanırlar. Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun Bəhrəmtəpə qəsəbəsindən olan Vətən müharibəsi şəhidi Həsənov Elgün Əli oğlunun ikinci ildönümü münasibəti ilə ailəsini ziyarət ediblər.
 Mərasim zamanı iştirakçılar Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Qeyd olunub ki, şanlı qələbəmizə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən Elgünün xatirəsi qəlblərdə daim yaşayacaq.
 Şəhidimizin ailə üzvləri övladlarının xatirələrinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Keçidlər