Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib

24 may 2023 | 16:42
  Bu gün İmişli rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda İmişli RİH başçısı Elçin Rzayev, Bakı Mühəndislik Universitetinin rektoru, texnika elmləri doktoru, professor, əməkdar elm xadimi Havar Məmmədov, Azərbaycan Kooperasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Bəyalı Ataşov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
  Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatı və siyasi fəaliyyəti haqqında çıxışlar dinlənilib. Çıxışlar başlamamışdan öncə Ümummilli Liderin əziz xatirəsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycan Xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmiş Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri haqqında söz açıblar. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin uca zirvəyə qaldırdığı müasir Azərbaycan bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla inkişaf edir. Cənab İlham Əliyev Ulu öndərin siyasətini davam etdirməklə güclü Azərbaycanı dünyada lider ölkələrdən birinə çevirib.
Keçidlər