Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə sosial-iqtisadi inkişafla əlaqədar ekoloji maarifləndirmə tədbiri keçirilib

17 mart 2023 | 16:36
   Ötən gün İmişli Rayon İcra Hakimiyyəti və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə sosial-iqtisadi inkişafla əlaqədar ekoloji maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin, Suvarma Sistemləri idarəsinin və rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin əməkdaşları iştirak ediblər.
  Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. 1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Eyni zamanda uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədi daşıdığı vurğulanılıb. Tədbir müzakirə formatında davam etdirilib.
Keçidlər