Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhidlərin ailə üzvlərinin yaşadığı kənddaxili avtomobil yolları yenidən qurulub

10 avqust 2022 | 16:18
  Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərimizin adının əbədiləşdirilməsi, ailələrinin sosial problemlərinin həlli İmişli Rayon İcra Hakimiyyətinin xüsusi diqqətində saxlanılır. Belə ki, Vətəni ləyaqətlə qoruyaraq şəhadətin zirvəsinə yüksəlmiş aprel döyüşləri şəhidi Dədəkişiyev Cavid Gülbaba oğlu və Vətən Müharibəsi zamanı şəhid olmuş Həsənov Nemət Emin oğlunun ailə üzvlərinin yaşadığı rayonun Qaralar kəndində kənddaxili yollara asfalt örtük salınıb. Sözügedən ərazidə layihəyə uyğun olaraq görülən işlər vaxtında yekunlaşdırılıb və avtomobil yoluna 3750 kv.metr asfalt döşənərək ümumi istifadəyə verilib.
    Qeyd edək ki, İmişli rayonunda şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz yolların asfaltlanması istiqamətində müvafiq tədbirlər görülür.
Keçidlər