Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

01 oktyabr 2022 | 21:31
  Bu gün İmişli rayonunda Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümü qeyd olunub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirələrini dərin ehtiramla yad ediblər.
 Tədbirdə çıxış edən rayon prokuroru Valeh Səmədov Azərbaycan Prokurorluğunun peşə bayramı günü münasibətilə Baş Prokurorluğun kollegiyası adından prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini səmimi qəlbdən təbrik edib. O, həmçinin Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir dövlət təsisatı kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün oluduğunu bildirib. Digər çıxış edənlər bu gün öz peşə bayramını və 104 illik yubileyini qeyd edən Azərbaycan Prokurorluğunun kollektivi öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, respublikamızın dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcəklərini bildiriblər. Sonda prokurorluq əməkdaşlarının bir qismi İmişli Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltiflər olunublar.
Keçidlər