Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Heydər Əliyev İli” çərçivəsində fotosərgi keçirilib

30 may 2023 | 14:15
   Mayın 30-da İmişli rayonunun Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fotosərgi keçirilib. Tədbirdə İmişli RİH başçısı Elçin Rzayev, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sərgidə Ümummilli Lider Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyəri əks etdirən fotolar nümayiş olunub.
   Fotolara baxış zamanı bildirilib ki, mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Sərginin yekununda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən foto-slayd nümayiş olunub.
 
Keçidlər