Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Heydər Əliyev İli” çərçivəsində boks yarışı keçirilib

17 mart 2023 | 16:10
    Martın 15-16-da “Heydər Əliyev İli” çərçivəsində “Şəhid Əli Elçin” klubunun təşəbbüsü ilə idmanın boks növü üzrə “İmişli kuboku” yarışı keçirilib. Yarış İmişli Olimpiya İdman Kompleksində baş tutub. Yarış başlamamışdan öncə Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin, habelə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin bu gün prezident cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Həmçinin İmişli rayonunda idmanın inkişafı istiqamətində hər zaman mühüm işlər görüldüyü, idmançıların yüksək səviyyədə idmanla məşğul olmaları üçün hər cür şərait yaradıldığı vurğulanılıb.
    Qeyd edək ki, keçirilən yarışda 5 rayon, Bakı şəhəri üzrə 3 və İmişli rayonu üzrə 2 komandanın müxtəlif çəki dərəcələrində idmançıları iştirak ediblər. Yarışın sonunda qaliblər diplomlarla təltif olunublar.
Keçidlər