Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və müdafiəsi” mövzusunda tədbir keçirilib

30 noyabr 2022 | 16:31
  Bu gün İmişli rayonunda “Əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və müdafiəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, “Demokratiyanı öyrənmə” İctimai Birliyinin əməkdaşları, müharibə veteranlları və əlilliyi olan şəxslər iştirak ediblər.
  Tədbirdə çıxış edənlər “Əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və müdafiəsi” adlı layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə iştirakçılara məlumat veriblər. Tədbirdə həmçinin əlilliyin müəyyən edilməsi meyarları, qiymətləndirilməsi mərhələləri və müddətləri, əmək fəaliyyəti ilə bağlı hüquqları, əlilliyi olan şəxslərin milli qanunvericilik və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquqları, bərabər imkanların təminatı ilə bağlı mövcud problemlər, onların həlli sahəsində dövlətimiz tərəfindən həyata keçirilən fəaliyyətlər barədə fikirlər bildirilib, eləcə də qarşıdan duran vəzifələr haqqında geniş müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ilə bağlı rəy və təkliflər səsləndirilib.
Keçidlər