Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir küçənin avtomobil yoluna asfalt örtük qoyulub

29 iyul 2022 | 16:55
     İmişli rayonunda büdcədən ayrılmış vəsait hesabına şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir. Belə ki, növbəti əsaslı təmir işləri İmişli şəhərində şəhidimizİsa Məmmədlinin adını daşıyan küçədə aparılıb.Sözügedən avtomobil yolu uzun illər istismar olunduğundan əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Tikinti norma və standartlarına uyğun olaraq aparılan əsaslı təmir işləri tez bir zamanda yekunlaşdırılaraq sakinlərin bu yolla hərəkəti zamanı yaranmış çətinlikləri aradan qaldırılıb. Avtomobil yollarına qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkitmə işləri aparılıb, sonra yollara asfalt örtük qoyulub.Ümumilikdə 1200 kv.metr sahəyə asfalt döşənərək sakinlərin istifadəsinə verilib.
    Eyni zamanda İmişli şəhərinin əsaslı təmir işləri nəzərdə tutulan digər küçələrinin avtomobil yollarında da asfalt örtük qoyulması üçün hazırlıq işləri aparılıb.
Keçidlər