Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənir

20 yanvar 2023 | 18:56
     İmişli rayonunda bütün sahələrlə yanaşı əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Belə ki, İmişli şəhərinin Meliorator qəsəbəsində yerləşən 10 nömrəli binanın dam örtüyündə müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işlərinə başlanılıb. Ötən əsrin 50-60-cı illərində inşa olunmuş çoxmənzilli yaşayış binasının dam örtüyündə inşa olunduğu vaxtdan təmir-bərpa işləri aparılmadığı üçün mənzillərin yağış sularına məruz qalması halları yaşayışçıların problemlərinə səbəb olurdu. Bu səbəbdən də həmin binanın dam örtüyünün yenilənməsi məqsədəuyğun hesab edilib. Eyni zamanda görüntüləri əks olunan 4 nömrəli binanın da dam örtüyündə yaxın günlərdə əsaslı təmir işlərinə başlanılacaqdır.
     Qeyd edək ki, gələcəkdə İmişlidə şəhərinin digər ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının dam örtüklərində əsaslı təmir işlərinin aparılması istiqamətində müvafiq tədbirlər nəzərdə tutulub.
Keçidlər