Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Azərbaycan Televiziyasının Analitik qrupu tamaşaçılarla görüş keçirib

08 oktyabr 2022 | 17:09

     Ötən gün televiziya tamaşaçılarının rəy və təkliflərini dinləmək, gələcək verilişlərdə onlardan istifadə etmək məqsədilə Azərbaycan Televiziyasının Analitik qrupunun üzvləri İmişli rayonunda tamaşaçılarla görüşüblər. Tamaşaçılara “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən telekanallar, eləcə də Azərbaycan Radiosunun verilişləri barədə məlumat verilib, fikir mübadiləsi aparılıb. Görüşdə bildirilib ki, Azərbaycan Televiziyası günün tələblərinə uyğun maraqlı verilişlər hazırlamaq üçün yeniliklərə və tamaşaçı təkliflərinə açıqdır. Bu səbəbdən də ekrana tamaşaçıların arzuladıqları mövzular və verilişlər çıxarılır. İmişlidən olan tamaşaçılar isə Azərbaycan Televiziyasının verilişlərini izlədiklərini bildiriblər və vurğulanılıb ki, əsas məsələlərdən biri də AZTV-də ədəbi dilin və milli-mənəvi dəyərlərin qorunmasıdır.

Keçidlər