Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə avtomobil yollarının təmiri və yenidən qurulması diqqət mərkəzində saxlanılır

28 iyul 2022 | 16:43
      İmişli rayonunda büdcədən ayrılmış vəsait hesabına şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir. Növbəti əsaslı təmir işləri C.Nəsirov küçəsində aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq aparılan əsaslı təmir işləri tez bir zamanda yekunlaşdırılıb və sakinlərin bu yolla hərəkəti zamanı yaranmış çətinlikləri aradan qaldırılıb. Ümumilikdə 1800 kv.metr sahəyə asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilib.
      Hazırda İmişli rayonu ərazisində görülən bu işlər mərhələli şəkildə digər şəhərdaxili yollarda da aparılır.
 
     (C.Nəsirov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
Keçidlər