Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Araz çayının sahilində təmizlik aksiyası keçirilib

05 iyun 2023 | 11:11
   İyun ayının 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkə ərazisindəki çayların, su hövzələrinin sahillərində ümumrespublika təmizlik aksiyası çərçivəsində İmişli rayonunda təmizlik aksiyası keçirilib. Aksiya İmişli rayonunun ərazisindən keçən Araz çayının sahilində baş tutub. Tədbirin keçirilməsində məqsəd – ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdan ibarətdir.
   Aksiyada toplanmış tulantılar xüsusi nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Keçidlər