Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 8 noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir

08 noyabr 2022 | 17:16

  Bu gün İmişli rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunan rəsm əsərləri və əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə yanaşı, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İmişli rayonunun Heydər Əliyev Mərkəzində keçirilən sərgidə bir-birindən maraqlı əl işləri nümayiş olunub. Sərginin ərsəyə gəlməsində İmişli Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları dəstək olub. Onlar bu sərgidə müxtəlif mövzulara toxunublar. Burada hərbi vətənpərvərlik ruhunda ərsəyə gələn rəsm əsərləri və əl işləri üstünlük təşkil edib. Bu isə sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərginin sonunda icra başçısı şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Keçidlər