Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

26 may 2023 | 12:55
    Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzinin akt zalında 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə İmişli RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Dövlət Himni səsləndirilib.
     Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev giriş sözü ilə açaraq, xalqımızı “Müstəqillik Günü” münasibəti ilə təbrik edib, hər kəsə müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində uğurlar diləyib. Bildirib ki, xalqımız 28 May - Müstəqillik Gününü hər il böyük təntənə ilə qeyd edir. Çünki 1918-ci il mayın 28-də yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxıb. AXC 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra süquta uğrayıb. Süqut edən Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azərbaycan xalqının əbədi müstəqilliyini təmin edən şəxsiyyət isə xalqımızın ümummilli lideri Heydər Əliyev oldu. Bu gün Heydər Əliyevin əsasını qoyduğu siyasət prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağ azad edildi. Artıq Azərbaycan üçüncü ildir ki, 28 May - Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd edir. Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan bəhs ediblər.
Keçidlər