Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

01 iyun 2023 | 17:17
    Bu gün İmişli rayonunda “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İB-nin və İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram şənliyi keçirilib. Şənlikdə şəhid ailələrinin, müharibə əlillərinin övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və valideynlər iştirak ediblər.
    Çıxış edənlər uşaqların bayramını təbrik edib, onlara gözəl gələcək arzulayıblar. Tədbirdə ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirilib. Qeyd olunub ki, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin siyasət prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə müxtəlif layihələr həyata keçirilir. Uşaqlar isə öz bacarıqlarını göstərərək rəqs etdilər, mahnı oxudular və şeirlər söylədilər. Həmçinin onlar hazırladıqları bir-birindən maraqlı səhnəciklərlə çıxış ediblər. Tədbirin sonunda fəal iştirak edən uşaqlara hədiyyələr təqdim edilib.
 
 
 
 
Keçidlər