Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə konsert proqramı təşkil olunub

02 iyun 2023 | 10:25

     Ötən gün İmişli rayonunun “Asan” parkında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı baş tutub. Konsertə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid və qazi övladları, uşaqlar və rayon sakinləri qatılıblar. Böyük coşqu və gözəl əhval-ruhiyyə ilə keçən konsert proqramı sakinlərin, xüsusən də balacaların qəlbinə sevinc, üzünə təbəssüm gətirib. Konsert proqramına uşaqlar böyük maraqla tamaşa ediblər.

Keçidlər