Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində vətəndaşlarla növbəti səyyar görüş keçirilib

02 noyabr 2022 | 11:03
  İmişli rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə RİH başçısı Elçin Rzayev İmişli şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
 Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edən Elçin Rzayev , vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. O, çıxışında ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də İmişli rayonunda aparılan abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verib.
 Sonra qəbula gələn sakinlər dinlənilib, onların səsləndirdikləri problemlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Sakinlər isə öz növbəsində keçirilən görüşə görə razılıqlarını bildiriblər.
Keçidlər