Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində vətəndaşlarla növbəti səyyar görüş baş tutub

15 mart 2023 | 17:32
  Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonumuzun şəhər, qəsəbə və kəndlərində mütəmadi olaraq vətəndaşların səyyar qəbulu keçirilir. Martın 15-də rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş İmişli şəhər sakinləri ilə keçirilib.
  İmişli şəhər 7 saylı tam orta məktəb binasında təşkil olunan görüş zamanı çıxış edən icra başçısı sakinləri salamlayaraq rayon ərazisində hər həftə səyyar-qəbulların keçirildiyini bildirib və qəbulların keçirilməsinin əsas məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, həmçinin həlli istiqamətində lazımi addımların vaxtında atılması ilə bağlı olduğunu qeyd edib, eyni zamanda rayon sakinlərinin rahatlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Sonra səyyar qəbulda sakinlərin müraciət və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib və nəzarətə götürülməklə baxılması üçün müvafiq tapşırıqlar verilib.
Keçidlər