Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli RİH kollektivinin Novruz bayramı təbriki

19 mart 2023 | 11:05

      Hörmətli həmvətənlər!

     Novruz bayramı Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, həmçinin milli varlığımızın dolğun təcəssümüdür. Bahar bayramının Azərbaycana gəlişi artıq 3-cü ildir ki, xüsusən əlamətdardır. Çünki ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz ölkəmizə əbədi bahar gətirmişdir. Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.
     Yaz ətirli bayramımızda İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından hamınıza gözəl əhval-ruhiyyə, cansağlığı və səadət arzulayırıq. Bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

      Novruz bayramınız mübarək olsun!

Keçidlər