Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli RİH kollektivinin 28 May – Müstəqillik Günü münasibətilə təbriki

27 may 2023 | 18:27
   Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublikanın yaradılmasının müəllifi Azərbaycan xalqı olmuşdur. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qovuşdu və XX əsrdə bizim üçün ikinci şans yarandı. Ancaq əfsuslar olsun ki, ölkədə gedən xoşagəlməz proseslər imkan vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin, öz müstəqil siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin. 1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü və onu hakimiyyətə dəvət etdi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlandı. Nizami ordu yaradıldı, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başladı, dövlətçiliyin əsasları qoyuldu. Bir sözlə, Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, zənginləşdirilir. Azərbaycan xalqı artıq üçüncü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla dalğalanır. Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir. Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir.
    Əziz İmişli sakinləri!
   Sizi və bütün Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Əminik ki, müstəqillik yolunda inkişafımız davamlı, uğurlu və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!
Keçidlər