Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli RİH başçısı şəhid ailəsi ilə görüşüb

07 avqust 2022 | 14:55
     Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev İcra Aparatın məsul şəxsləri və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Sarıxanlı kəndindən olan şəhidimiz Musayev Alik Rafiq oğlunun ailəsi ilə evində görüşüb. Görüş zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunulub və ailənin qayğıları ilə maraqlanılıb. Eyni zamanda 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən imişlili döyüşçülərin qəhrəmanlıqlarından danışılıb.
    Xatırladaq ki, baş çavuş Alik Musayev 2020-ci il oktyabr ayının 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Keçidlər