Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda Sarısu gölünə balıq körpələri buraxılıb

07 dekabr 2022 | 20:29

  Bu gün biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı İmişli rayonunda keçirilib. Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin və Azərbaycan Balıqçılar İttifaqının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İmişli rayonunda yerləşən Sarısu gölünə 200 000 ədəd ağ amur, enlialın və çəki balıq körpələri buraxılıb. Tədbir zamanı həmçinin balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər qadağan olunmuş üsullarla balıq ovlamamağa, qaydalara əməl etməyə, vətəndaşları isə məsuliyyətli balıq ovlanmasının təbliğinə dəstək verməyə çağırılıb.

Keçidlər