Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda qanvermə aksiyası keçirilib

16 mart 2023 | 19:22

  Martın 16-da İmişli Regional Ədliyyə İdarəsinin təşkilatçılığı və Mərkəzi Qan Bankının dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası keçirilib. İmişli Regional Ədliyyə İdarəsinin inzibati binasında təşkil edilən aksiyada regional idarənin yurisdiksiyası üzrə yerli ədliyyə qurumlarının və məhkəmə aparatının əməkdaşları, hakimlər, Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının nümayəndələri, prokurorluq və polis işçiləri, rayon bələdiyyələrinin üzvləri, idarə və müəssisə əməkdaşları, ümumilikdə 100-ə yaxın könüllü iştirak edib.

Keçidlər