Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayon Mərkəzi Kitabxanasında “Tarix yazanlar” adı altında tədbir keçirilib.

05 noyabr 2022 | 11:46
  Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycan xalqı dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi, tarixi Zəfər əldə etdi. Bu münasibətlə İmişli rayon Mərkəzi Kitabxanasında “8 noyabr- Zəfər Günü” ilə bağlı “Tarix yazanlar” mövzusunda tədbir keçirilib. Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, qazilər və rayon ictimaiyyəti iştirak edib.
  Çıxış edənlər bildiriblər ki, bu gün doğrudan da hər birimiz üçün dünyanın harasında yaşamasından aslı olmayaraq, damarında Azərbaycanlı qanı axan hər bir Azərbaycanlı üçün ən qürur verici gündür. Bu günü yaşadığımız üçün məhz biz tarix yazan qəhrəmanlarımıza, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdarıq. Tədbirin sonunda mədəniyyət işçilərinin və məktəblilərin ifasında hərbi vətənpərvərlik ruhunda şeirlər, mahnılar səsləndirilib.
Keçidlər