Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Boşçalılar kəndində vətəndaşlarla növbəti səyyar görüşü baş tutub

18 aprel 2023 | 19:30
  Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrin əsasında insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları İmişlidə də olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kəndlərdə səyyar qəbulları keçirilir. Vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüş aprelin 18-də rayonun Boşçalılar kəndində keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər.
  RİH başçısı kənd sakinlərini salamlayıb, səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək olduğunu vurğulayıb, eyni zamanda rayon sakinlərinin rahatlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını və lazımi addımlar atılacağını bildirib.
 
Keçidlər