Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Türkiyədən müalicədən qayıdan qazimizi evində ziyarət edib

31 may 2023 | 19:57
     Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən Müharibəsi zamanı ağır yaralanan və Türkiyədən müalicədən qayıdan qazimiz, Həşimov Qismət Razim oğlunu evində ziyarət edib. Görüşdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. İcra başçısı əvvəlcə qazimizin səhhəti ilə maraqlanıb, döyüşlərdə göstərdiyi şücaətinə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək hər birimizin ən ümdə işidir. İcra başçısı həmçinin bildirib ki, prezident cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı İmişlidə də hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Sonra qəhrəman döyüşçü keçdiyi döyüş yolundan, yaralanmasından danışıb. İştirakçılar qazimizin valideyinlərinə Vətən üçün ləyaqətli, vətənpərvər övlad böyütdüyünə görə minnətdarlıq edib, igid döyüşçü Qismətə tezliklə sağlamlığına qovuşmağı arzulayıblar.
    Xatırladaq ki, 44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan igidlərimizdən biri də İmişli rayonunun Əlyetməzli kənd sakini Həşimov Qismət Razim oğludur. O, YAŞAT Fondunun vəsaiti hesabına xeyli müddətdir ki, qardaş ölkə Türkiyədə müalicə alırdı və igid vətən oğlu artıq öz doğma evindədir.
Keçidlər