Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı mədəniyyət işçiləri ilə görüşüb

10 may 2023 | 17:50
  Mayın 10-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin rayonun mədəniyyət işçiləri ilə görüşü baş tutub. Görüşdə rayonun mədəniyyət işçiləri tərəfindən son dövrdə görülən işlər, həyata keçirilən çoxsaylı və rəngarəng müxtəlif mədəni-kütləvi tədbirlər razılıqla vurğulanıb.Səmimi söhbət əsasında keçən görüşdə icra başçısı Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçıları prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərdikləri diqqət və qayğıdan söz açıb. Ölkəmizdə dövlət tərəfindən mədəniyyət sahəsinin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışılıb.Əlamətdar bir ildə, “Heydər Əliyev İli”ndə belə bir görüşün keçirilməsi Ulu Öndərin mədəniyyət sahəsində göstərdiyi xidmətlərə, bu sahədə çalışan insanlara verilən dəyər kimi qiymətləndirilib. Mədəniyyət işçiləri onlarla görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
  Görüşün sonunda mədəniyyət işçilərinə mükafatlar təqdim olunub.
Keçidlər